
Yığmamızdan darmadağın
- 27 Dek 2022 19:00
- 380
Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Səbail”in U-17 komandası ilə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.
Tariyel Fərzəliyev dubl etdiyi oyunda millimizin digər qollarını Amid Qasımov və Anar Hüseynov vurub.