Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində 90-cı dəqiqədə Rüfət Abbasov fərqlənib. 

Xatırladaq ki, bu komandalar arasında fevralın 8-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi. Komandamız Antalyadakı ilk sınağında isə Tacikistanın U-20 komandasına 1:2 hesabıyla məğlub olmuşdu.