Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışını davam etdirən basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, milli komandamız Super Liqa təmsilçisi “Afyon HDİ” basketbolçuları ilə üz-üzə gəlib. Yığmamız bu görüşdə 77:79 hesabı ilə məğlub olub.

Azərbaycan millisinin heyətində Zaur Paşayev və Endar Poladxanlı hərəyə 18, Amil Həmzəyev isə 17 xal toplamağı bacarıb.

Xatırladaq ki, komandamız bundan əvvəlki sınaq matçında Türkiyənin köklü komandalarından sayılan “Türk Telekom”un U-20 basketbolçularına 64:62 hesabıyla qalib gəlmişdi.