
Yığmamız Maltaya qalib gəldi
- 28 Mar 2022 18:15
- 547
Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yenidən maltalı yaşıdları ilə qarşılaşıb.
Rekord.az xəbər verir ki, oyun 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
U-17-nin heyətində 24-cü və 45+1-ci dəqiqədə müvafiq olaraq Əşrəf Ələkbərli və Nihad Əhmədzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.