Avropa çempionatının final mərhələsinə hazırlığını davam edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışını başa vurub. "Rekord.az" xəbər verir ki,  Vüqar Əliyevin rəhbərlik etdiyi yığmamız burada məşqlərlə bərabər 3 yoxlama oyunu da keçirib.

Voleybolçularımız Yunanıstan millisinə qarşı keçirdiyi 3 yoxlama matçından birində qalib olub.

Millimiz hazırlıq planına uyğun olaraq avqustun 31-də Yunanıstandan bir başa Macarıstana yola düşüb. Burada komandamız "SAVARİA" beynəlxalq turnirində iştirak edəcək. Yarış 5-7 avqust tarixlərində keçiriləcək.