
Yığmamız Macarıstana uduzdu
- 15 İyn 2025 22:18
- 43
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununa çıxıb. "Rekord az" xəbər verir ki, komandamız Bakıda təşkil olunan 2-ci tur çərçivəsində Macarıstan yığması ilə üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 3-cü turun qarşılaşmaları 20-22 iyun tarixlərində Farer adalarında təşkil olunacaq. Bu mərhələdə rəqiblərimiz meydan sahibi və Avstriya yığması olacaq.
Avropa Gümüş Liqası
II tur (Azərbaycan)
Azərbaycan – Macarıstan 1:3 (15:25, 25:22, 18:25, 16:25)