Yığmamız gürcülərə yoxlama oyununda məğlub oldu
- 2023-03-12 12:30
- 325
Martın 10-dan etibarən basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışındadır.
Rekord.az xəbər verir ki, yığmamız Tahir Baxşıyevin rəhbərliyi altında ilk yoxlama oyununu da keçirib.
Millimiz "Zaza Pachulia Academy" komandasına 70:88 hesabı ilə məğlub olub.
Təlim-məşq toplanışı martın 17-nə qədər davam edəcək.