
Yığmamız FIFA reytinqində irəlilədi
- 29 İyn 2023 16:20
- 346
Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib.
Rekord.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1143 xalla 121-ci sırada qərarlaşıb.
Buna yığmanın AÇ-2024-ün seçmə mərhələsində Estoniya ilə (1:1) heç-heçə etməsi səbəb olub.
Siyahıya 1843.73 xalla Argentina millisi başçılıq edir. Fransa yığması 1843.54 xalla ikinci, Braziliya 1828.27 xalla üçüncüdür.