Yığmamız avroliqanı qələbəsiz və xalsız başa vurdu
- 21 İyn 2026 23:19
- 31
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında mübarizəni başa vurub. "Rekord.az" xəbər verir ki, Bakıda keçirilən üçüncü turun son qarşılaşmasında millimiz Portuqaliya yığması ilə üz-üzə gəlib.
GİN-in Voleybol Mərkəzində təşkil olunan oyun rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqasında ümumilikdə altı oyun keçirən millimiz Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Macarıstan və Portuqaliyaya isə 1:3 hesabı ilə məğlub olub. Beləliklə, keçirdiyi bütün görüşlərdə məğlub olan komandamız turniri qələbə və xal qazanmadan başa vurub.
Qeyd edək ki, reqlamentə əsasən, yarışda iştirak edən 27 komanda arasında ilk dörd yeri tutan kollektivlər Dördlər Finalına vəsiqə qazanırlar. Turnirin yarımfinal və final oyunları 27 iyun – 12 iyul tarixlərində keçiriləcək.
Avropa Liqası
21 iyun
Azərbaycan - Portuqaliya 1:3 (25:21, 16:25, 12:25, 19:25)