Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində son oyununu keçirib. "Rekord.az" xəbər verir,  Fərid Calalovun rəhbərlik etdiyi komandamız bu gün Bakıda Avstriya yığması ilə üz-üzə gəlib. 

GİN-in Voleybol Mərkəzində təşkil olunan görüşdə rəqib komanda quru hesablı qələbə qazanıb.

Qeyd edək ki, millimiz AVRO-2026-nın seçmə mərhələsində Avstriya və Belçika komandaları ilə birgə B qrupunda mübarizə aparıb. Yarışın reqlamentinə görə qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq  5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq. Yığmamızın yer aldığı qrupda 4 görüşü qalib başa vuran Belçika millisi qrup lideri olaraq AVRO-2026-ya vəsiqə qazanıb.


2026 Avropa çempionatı (təsnifat mərhələsi)

B qrupu

16 avqust

Azərbaycan - Avstriya 0:3 (13:25, 12:25, 18:25)