
Yevlax stadionuna baxış keçirilməyib?
- 21:00
- 62
"Karvan"ın baş məşqçisi Azər Həşimov "Sabah"ka oyundan sonra bildirmişdi ki, bazar ertəsi AFFA-dan gəlib Yevlax stadionuna baxıb qərar verəcəklər.
Rekord.az da bu gün Yevlax klubu ilə əlaqə saxlayıb yoxlanışın nəticəsini öyrənmək istədi.
Klubun mətbuat xidmətindən saytımıza bildirildi ki, dünən stadiona heç bir qurum tərəfindən baxış keçirilməyib.