AFFA-nın qərarı ilə yeni mövsümdən I Divizionda oynamaq hüququ qazanan Yevlaxın "Karvan" klubu artıq hazırlıqlara start verib.

Rekord.az-ın əldə etdiyi məlumata görə, komanda 3 gündür ki, Yevlaxda, öz bazasında məşqlərə başlayıb.

Hazırda məşqçilər korpusu heyəti gücləndirmək üçün yeni futbolçuların axtarışı ilə məşğuldur. Komanda yeni mövsümə ciddi hazırlaşır və qarşıya qoyulan məqsəd divizioniun qalibi olub Premyer Liqaya vəsiqə qazanmaqdır.