
Yeni yaranan klubun təqdimatı keçirildi
- 29 Apr 2025 15:50
- 338
Ölkəmizdə daha bir voleybol klubu yaradıldı. "Rekord.az" xəbər verir ki, növbəti mövsümdən etibarən qadın voleybolçuların Yüksək Liqasında yeni yaradılan "DH Volley Baku" klubu iştirak edəcək.
Bu gün klubun təqdimatı keçirilib. Həmçinin komandanın ilk beş transferi ilə imzala mərasimi də baş tutub.
Beləliklə, yeni mövsümdə klubun heyətində Yekaterina Jidkova (hücumçu), Aynur İmanova (orta oyunçu), Ceyran İmanova (libero), Nilufər Ağazadə (orta oyunçu) və Raziyə Əliyevanın (oyunqurucu) çıxış edəcəkləri rəsmiləşib.
Komandanın baş məşqçisi Fərid Cəlalov, köməkçi məşqçi isə Vüsal Rüstəmov olacaq.
Ölkə birinciliyində "Azərlotoreya"nın sponsorluğu ilə çıxış edəcək klubun prezidenti Şərəf Yalçındır.