Yeni mövsümdən bu qayda qüvvəyə minir: "Qarabağ" da əməl etməyə məcburdu
- 13:00
- 41
2026-27-ci il mövsümündən yeni qaydalar qüvvəyə minir.
Rekord.az xəbər verir ki, UEFA-nın da lisenziyalaşdırma ilə bağlı əsas tələblərindən biri kimi, Premyer Liqada oynayan bütün klubların qızlar komandasının olması vacib şərt kimi qoyulacaq.
Buna əməl etməyən klublara lisenziya verilməyəcək və çempionata buraxılmayacaq.
Maraq üçün qeyd edək ki, AFFA-nın tövsiyyəsinə baxmayaraq, "Qarabağ" qəti şəkildə qızlar komandası yaratmayacağını bildirmişdi.