Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci dövrədə ilk oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız İspaniya kollektivi ilə üz-üzə gəlib.

Bundan əvvəlki oyunların hamısında məğlub olan Vüqar Əliyevin yetirmələri yenə eyni aqibəti yaşayıblar. 4 hissə davam edən qarşılaşmada millimiz 1:3 hesabı ilə uduzub.

 

Qızıl Avropa Liqası

IV tur

   İspaniya - Azərbaycan 3:1 (25:19), (22:25), (25:21), (25:13)