Yəhudi qanı, yoxsa erməni südü?
- 2020-04-16 18:00
- 1632
"Mənim pasportumda doğulduğum yer kimi Bakı göstərilib, mənim indiki Azərbaycanla heç bir əlaqəm yoxdu və ola da bilməz. Mən 1990-cı ilin yanvar ayında Bakını tərk etməli oldum. Həmişə demişəm ki, paytaxtı Moskva olan ölkədə doğulmuşam və SSRİ dağılandan sonra, paytaxtı Moskva olan ölkədə yaşamağa davam edirəm. Mənim üçün rus dili, rus mədəniyyəti və rus təhsili həmişə əsas olub.”.
Bu açıqlama Bakıda anadan olmuş, ömrünün 27 ilini burada cah-cəlal içində yaşamış13-cü dünya çempionu Harri Kasparova məxsusdu. İnsan nə qədər nankor ola ki,yediyi çörəyə qarşı bu qədər etinasız ola.
Rekord.az xəbər verir ki, bu gün dünya şöhrətli idmancının beynəlxalq şəhərdə-Bakıda doğulmasından 57 il keçir. Bu yazımızla erməniliyin bir bariz nümunəsini də sizlərə yaxından tanıtmağa çalışacağıq.
Erməni südü əmmiş nankor azərbaycanlı
Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda mühəndis ailəsində anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası Dağlıq Qarabağdan olan milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.
Harrinin 7 yaşı olanda atası Kim Vaynşteyn xərçəng xəstəlyindən vəfat edib. Harrini anası Klara Kasparova böyüdüb. 1975-ci ildə SSRİ-də gizli antisemitizmin (yəhudilərə qarşı düşmənçilik) mövcud olması səbəbindən Klara Kasparova yaşına görə, həddən artıq zəka nümayiş etdirən oğlu Harrinin umidverici şahmat karyerasını əngəlləməmək üçün aşkar yəhudi soyadı olan Vaynşteyni özünün qızlıq soyadı Kasparovla əvəzləyib.
Harri Kasparov uşaq yaşlarında şahmata böyük maraq göstərir və müasir dillə desək, əsl vunderkind kimi yetişir. Onun fenomenal şahmat istedadı Bakı Pioner Sarayındakı şahmat dərnəyində özünü biruzə verir.O, 15 yaşında SSRİ-nin ən gənc idman ustası və şahmat çempionatının ən gənc iştirakçısı olur. 16 yaşında isə SSRİ çempionu adını qazanır və ittifaq tarixində bu adı alan ən gənc şahmatçıya çevrilir. 1980-ci il 17 yaşlı Harri Kasparov SSRİ yığmasının heyətində Avropa çempionu olub. Eyni zamanda 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib.
Kasparov 1985-ci il noyabrın 9-da dünya çempionu Anatoli Karpovu gərgin görüşdə 13:11 hesabı ilə məğlub edərək 22 yaşında şahmat üzrə dünya çempionu olub.
Harrini yönləndirən erməni Klara...
Mətbuatdan: "O zaman Bakıda yaşayan Harrinin gündəlik rejiminə anası Klara Kasparova ciddi nəzarət edirdi. Ümumiyytlə, Harrinin bioqrafiyası ilə tanış olan bütün mütəxəssislər bakılı şahmat dahsinin formalaşmasında və uğurlarında onu təkbaşına böyütmüş Klaranın rolunu qeyd edirlər. Oğlunun istedadını inkişaf etdirmək üçün hətta Klara 1981-ci ildə avtomatika və telemexanika üzrə mütəxəsis kimi çalışdığı elmi-tədqiqat institutundan da çıxmışdı.
Əvəzində o, sənədlərdə SSRİ şahmat yığmasının məşqçisi göstərilirdi və buna müavafiq maaş alırdı. 1979-cu ildə keçmiş Yuqoslaviyada keçirilən qrossmeyster turnirində qələbə qazandıqdan sonra Harri Kasparov və anası Azərbaycanın 1-ci katibi Heydər Əliyevlə təkbətək görüşə də çağırılmışdılar.Həmin vaxt ana-bala sovet dövrü üçün pis yaşamırdılar. Onlara Bakıda geniş ev verilmişdi. 13 yaşından təqaüd alan Harri həm də xüsusi sifariş əsasında gətirilən ərzaqdan istifadə edirdi. İlin 6 ayını isə Zağulbada yerləşən bağ evində keçirirdi. Deyilənə görə, Kasparovun yoxluğunda, orda Müslüm Maqomayev istirahət edirmiş. Klara Şagenovnanın oğlunun kayerasına təsiri isə sürətlə artırdı. Oğlunun bütün müsahibələri yekun varinatda anası Kasparovanın qarşısına qoyulurdu, şahmat çempionuna edilən zənglərə də birinci anası cavab verirdi. Şahmat oyunu zamanı isə Klara Şagenovna Kasparova oğlunun 2 metrliyində onun üçün xüsusi quraşdırılmış stulda əyləşirdi. O zamanlar mətbuatda Kasparovun ona edilən hər hansı təkliflərlə bağlı "anam icazə versə” ifadəsi gülüş mövzusu idi”. Kasparov dünya çempionu olandan sonra düz 15 il ərzində şahmat tacının qeyd-şərtsiz hakimi olub.
Haşiyə: Azərbaycan SSR-in əməkdar məşqçisi, dəfələrlə müxtəlif FİDE komitələrinə üzv seçilən Çapay Sultanov yazır: "Qarabağ münaqişəsinin kritik günlərində ən güclü informasiya zərbəsini Azərbaycana məhz Andrey Saxarov və Harri Kasparov vurdu. Harri Kasparovun məşhur "Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsi dünyanın bir çox tanınmış KIV-lərinin manşetinə çevrildi.
Mediadan:Müxbirin məşhur şahmatcıya sualı:
- Dünya çempionluğundan sonra siz qazancınızı Bakıdakı erməni əhali arasında bölüşdürəcəyinizi açıqladınız...
- 1990-cı ildə şahmat tacımı satdım və onu hazırkı FİDE prezidenti Kirsan İllümjinov aldı. Pulları həmin ilin yanvarında dəqiq bölgü əsasında Bakıdan olan qaçqınlara payladım. 6500-dək qaçqın ailə arasında biz də var idik.
- Ermənistandan da azərbaycanlılar qaçqın düşmüşdü. Pulları onlar arasında bölüşdürə bilməzdiniz?
- Mən bir nəfərəm və Bakıdan qaçanlara mənsub idim”.
Harri nəinki, doğulduğu şəhərə, Azərbaycanın duz-cərəyinə nankorluq etdi, hətta ona doğma münasibət göstərən, onun yüksəlməsində böyük rolu olan ulu öndər Heydər Əliyevin zəhmətini unutdu, qiymətləndirmədi.
Mediadan:Şahmat üzrə 16 qat dünya çempionu, Rusiya Dövlət Dumasının üzvü Anatoli Karpov jurnalistin -Sizə keçmiş bakılıHarri Kasparovla münasibətləriniz haqda sual verməsəm, Azərbaycanda məni bəlkə də qınayarlar...- sözünə belə cavab verir:
-Sizi başa düşürəm, Harri keçmiş bakılıdır axı... Kimə də olmasa mənə çox yaxşı məlum idi ki, Harri böyük şəxsiyyət, nəhəng insan olan Heydər Əliyevin sevimlisi idi.Heydər Əliyev ona az qala oğlu kimi münasibət bəsləyirdi. Onu himayə edir, dəstəkləyirdi. Erməni nankorluğuna bundan yaxşı misal ola bilərmi?
Beləcə... yalnız 2000-ci ildə rusiyalı qrossmeyster Vladimir Kramnikə məğlub olaraq çempionluğu əldən verib. Buna baxmayaraq, o, 2005-ci ilə qədər aktiv oyunçu kimi şahmat turnirlərində gücünü sınayıb. Lakin elə həmin il də professional idmançı karyerasına son verdiyini və özünü aktiv siyasətə həsr etdiyini bəyan edib.
Hazırda keçmiş bakılı şahmat dahisi vaxtının çoxunu Nyu-Yorkda 3,4 milyon dollara aldığı mənzildə və Xorvatiyada Makarsk kurortunda aldığı malikanədə keçirir. Üç evlilikdən 4 övladı olan məşhur şahmatçıHarri Kasparov hələ də öz anası Klara Kasparova ilə birgə yaşayır. (Adalet.az)