"Kəpəz"dən ayrılandan sonra bir müddət işsiz qalan Yaşar Vahabzadə yenidən AFFA-da işləyəcək.

Rekord.az xəbər verir ki, Vahabzadə federasiyanın nəzdində fəaliyyət göstərən Məşqçilər Şurasında yer alacaq.

Onu bu komitəyə sədr vəzifəsini tutan Vaqif Sadıqov dəvət edib.

Qeyd edək ki, Böyükağa Hacıyevin dünyasını dəyişməsi, Şahin Diniyevin isə "Səbail"ə baş məşqçi təyin olunmasından sonra komitədə iki yer boş qalmışdı.