
Yaşar Sultanov: "Hazırkı süni örtüyün təbii ilə əvəzlənməsini çox istərdim" MÜSAHİBƏ
- 14 Fev 2023 19:00
- 694
"Turab Tovuz"un sabiq vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaraş Sultanov Rekord.az-a müsaibə verib:
- Yaşar müəllim, "Turan Tovuz" yeni sponsorla müqavilə bağladı. Öncə elə bu hadisə ilə bağlı fikirlərinizi öyrənərdik...
-Çox qürur və fərəh hissi keçirdirəm. Artıq məndə bir ümid yarandı ki, "Turan Tovuz" əvvəlki gücünü bərpa etmək iqtidarında olacaq. Yenidən yeni futbolçular yetişəcək, o cücərtilər olacaq, rayonun futbol həyatı canlanacaq.
- Bir sözlə, çox ümidlisiniz...
- Bəli. Çünki tədbirdə mən deyərdim ki, özüm üçün vacib hesab etdiyim bütün suallara yeni sponsorun timsalında cavab tapdım.
- Yeni sponsora, klubun idarə heyətinə hansısa tövsiyyələriniz oldu?
- İlk növbədə deyərdim ki, komandada kəskin meydança çatışmazlığı var. Eyni zamanda qarşı tərəfdəki tribuna çox bərbad vəziyyətdədir. Əsas tribunanın analojisini də qarşı tərəfdə yaratmaq lazımdır. Ərazi tapıb yeni meydançalar salınmalıdır. Bir də hazırkı süni örtüyün təbii ilə əvəzlənməsini çox istərdim. Bilirəm ki, bununla bağlı çox ciddi planları və istəkləri də var.
Kənan MƏSTƏLİYEV, Tovuz