Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Rekord.az xəbər verir ki, eyni gündə keçiriləcək görüşlər “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

İlk oyunlar bu gün keçiriləcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları

29 aprel

“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”, 17:30

“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 20:30