Qadın voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal oyunları start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində "Gəncə" - "Turan" və "Milli Aviasiya Akademiyası" - "DH Volley" qarşılaşmaları baş tutub. 

İlk olaraq meydana "Gəncə" və "Turan" komandaları çıxıblar. İki qərb təmsilçisinin görüşündə Tovuz klubu quru hesabla qalib gəlib.

Növbəti oyun "Milli Aviasiya Akademiyası" - "DH Volley"  klubları arasında baş tutub. 3 set davam edən bu matçda sevinən tərəf "DH Volley" olub. 

Qeyd edək ki, aprelin 11-də "Milli Aviasiya Akademiyası" və "DH Volley", aprelin 13-də isə "Turan" və "Gəncə" komandaları cavab oyununa çıxacaqlar. "DH Volley" və "Turan" qalib gələrlərsə, finala yüksələcəklər. Əks təqdirdə qızıl setə ehtiyac yaranacaq. 


Yüksək Liqa

8 aprel 

Yarımfinal (İlk oyunlar) 

   "Gəncə" - "Turan" 0:3  (22:25, 12:25, 13:25)

   "Milli Aviasiya Akademiyası" - "DH Volley 0:3 (22:25, 19:25, 19:25)