
Yalnız “Qəbələ” cərimələndi
- 17:00
- 40
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqası, 1-ci tur
“Karvan-Yevlax” – “Qəbələ” oyununda “Qəbələ”də 4 nəfər sarı vərəqə aldığı üçün “Qəbələ” klubu 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 1-ci tur
“Zirə-2” – “Neftçi-2” oyununun 90+4-cü dəqiqəsində “Zirə-2” komandasının 27 nömrəli futbolçusu Murad Ələkbərov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Zirə-2” komandası 300 manat cərimə edilib.
“Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Qarabağ-2” oyununun 51-ci dəqiqəsində “Qarabağ-2” komandasının 25 nömrəli futbolçusu Cavid Məlikov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası 100 manat cərimə edilib.
“Qəbələ-2” – “Kəpəz-2” oyununda hakim-inspektor matçın videoyazısı ilə təmin edilmədiyinə görə “Qəbələ-2” komandası 100 manat cərimə edilib.
“Sabah-2” – “Turan Tovuz-2” oyunu “Turan Tovuz-2” komandasının matça gec gəlməsi səbəbindən 30 dəqiqə gec başladığına görə “Turan Tovuz-2” komandası 300 manat cərimə edilib.
“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilib.
“Sabah-2” – “Turan Tovuz-2” oyununda “Sabah-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilib.