
Xorvatiyalı qapıçı "Kəpəz"də niyə debüt edə bilmir?
- 16 Noy 2022 12:00
- 557
Məlum olduğu kimi, “Kəpəz” yeni transferi olan xorvatiyalı qapıçı Mario Mustapiç xidmətindən hələ də istifadə edə bilmir.
Rekord.az xəbər verir ki, sənədlərində problem olduğu deyilən əlcək sahibini PFL-də qeydiyyatdan keçirmək mümkün deyil.
Saytımıza daxil olan yeni məlumata görə isə, futbolçunun sonuncu klubu "Rudes"də qüvvədə olan müqaviləsi var. Futbolçu bu məsələni tam həll edə bilmədiyi üçün azad agent statuslu sənədi ala bilmir. Klub güman ki, müəyyən məbləğdə pul istəyir, “Kəpəz” isə bu pulu vermək niyyətində deyil. Hazırda Xorvatiyaya yollanan qapıçı bu məsələni özü həll etməyə çalışır.