Xorvatiya mətbuatı “Dinamo”nun 32-ci turda “Qoritsa”ni 1:0 məğlub etdiyi matç haqda yazıb.

Rekord.az xəbər verir ki, “Sportske novosti” Zaqreb klubunun azərbaycanlı hücumçusu Mahir Emrelinin performansına da toxunub:

"Dinamo"nun sükanı arxasına keçən Ante Çaçiç komandanı meydana hücum zamanı 4-1-4-1 sxeminə keçən 4-2-3-1 sxemi ilə çıxarmışdı. Andriç hücumun sivri ucunda oynadı və belə olanda cinah oyunçuları Mislav Orşiç və Mahir Emreli mərkəzə doğru irəliləyib, cərimə meydançasına daxil olmaq imkanı qazanırdı. Bu da həm Ristovski, həm də Boçkay üçün boş zona yaranmasına, hücuma qoşulmasına kömək olurdu. Komanda elə bundan yaxşı yararlandı". (sportal.az)