Naxçıvan MR-nın Şahbuz rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnir başlamazdan əvvəl faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Uşaq-gənclər şahmat məktəbində reallaşan yarışda 41 şagird iştirak edib. Uğurlu nəticə göstərənlər diplom, fəxri fərman və medallarla təltif olunublar.

Nəticələr:

Oğlanlar

1-ci yer: Nail Həmzəyev

2-ci yer: Vaqif Quliyev

3-cü yer: Murad Cəbizadə

 

Qızlar

1-ci yer: Nubar Hacıyeva

2-ci yer: Ayla Həmzəyeva

3-cü yer: Esli Həsənova