Xızı rayon Yeni Yaşma kənd tam orta məktəbində Xızı rayon Gənclər və İdman idarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Xızı rayon çempionatı keçirilib.

Rekord.az xəbər verir ki, çempionatda l, ll , lll yeri tutmuş qız və oğlan oyunçular idarə tərəfindən diplomla təltif olundular.