Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin və Xızı rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Yeni Yaşma kənd tam orta məktəbdə “2 Fevral – Gənclər günü”nə həsr olunmuş şahmat üzrə Xızı rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd şahmat idman növünün rayonda təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, onların idman ustalığının artırılması və təkmilləşdirilməsidir.

Qalib və mükafatçılar medal və diplomla təltif olunub.