Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xırdalan şəhər, Draqon idman klubunda “Sağlam həyat” layihəsi çərçivəsində Kyokuşin karate idman növü üzrə nümunəvi çıxışlar təşkil edilib.

Rekord.az xəbər verir ki, məqsəd rayonda yeniyetmə və gənclər arasında Kyokuşin karate idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.