Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular - İlya Sadıqov və Ayaz Quliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zenit”lə qarşılaşıb və 2:3 hesablı məğlubiyyətə üzülüb. Sadıqov bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb. Baş məşqçi Spartak Qoqniyevlə ciddi problemləri olan Quliyevin adı isə oyunun iştirak ərizəsinə də daxil edilməyib.

“Ximki” 19 turdan sonra 13 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.