Paytaxtın Xəzər rayonunda "Heydər Əliyev İli" çərçivəsində rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında stolüstü tennis idman növü üzrə yarış keçirilib. 

‌

‌Rekord.az xəbər verir ki, aprelin 1-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 156 nömrəli tam orta məktəbin idman zalında "Heydər Əliyev İli"nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin kişi və qadın müəllimləri arasında stolüstü tennis yarışı təşkil edilib. Yarışın açılış mərasimində Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev iştirak edib.

‌

‌Yarışın yekun nəticələrinə əsasən kişilər arasında birinci yerə Sahib Aydınov (216 nömrəli tam orta məktəb), ikinci yerə Hakim Xəlilov (156 nömrəli tam orta məktəb) və üçüncü yerə Xəlil İsmayılov (2 nömrəli xüsusi internat məktəbi) layiq görülüblər.

‌

‌Qadınlar arasında olan yarışın nəticələrinə əsasən birinci yerə Rəvanə Yılmaz (26 nömrəli tam orta məktəb), ikinci yerə Rəhilə Baxşıyeva (149 nömrəli tam orta məktəb) və üçüncü yerə Bədirə Rəhimova (136 nömrəli tam orta məktəb) layiq görülüblər.