
Xətaidə “Heydər Əliyev ili” çərçivəsində minifutbol turniri
- 02 İyn 2023 23:00
- 328
Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə “Heydər Əliyev ili” çərçivəsində Xətai rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən “Zəfər kuboku” adlı minifutbol turnirinin final mərhələsi keçirilib.
Rekord.az xəbər verir ki, 32 komandanın iştirak etdiyi turnirin yekun nəticələrinə görə Heydər Əliyev adına liseyin komandası I yeri, 56 № li tam orta məktəbin komandası II yeri, 48 № li tam orta məktəbin komandası III yeri tutub.
Mükafatlandırma mərasimində Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, 56 № li tam orta məktəbin direktoru Könül Hüseynova iştirak edib..