"Barselona"nın baş məşqçisi Xavi Ernandes Lionel Messinin ötən yay klubdan gedişindən sonra Kataloniya təmsilçisindəki vəziyyətlə bağlı danışıb .

Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssis "Marca"ya açıqlamasında deyib: 

"Anlamaq lazımdır ki, artıq Messisiz dövr gəlib. Ona görə də səbirli olmaq lazımdır. İndi kuboklar qazanacaq vəziyyətdə deyilik. Amma biz ayağa qalxıb cəsarətlə oynamalıyıq. Realist və cəsarətli olmaq lazımdır”. 

Qeyd edək ki, Messi ötən ilin avqust ayında PSJ ilə 2+1 illik müqavilə imzalayıb. Xavi isə noyabr ayından "Barselona"nı çalışdırır.