İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi 84 il sonra antirekordu təkrarlayıb.

Rekord.az xəbər verir ki, bu, Kataloniya təmsilçisinin La Liqanın 32-ci turunda səfərdə "Real"a uduzması nəticəsində (2:3) gerçəkləşib.

O, "el klasiko"da ardıcıl dördüncü matçda uduzan ikinci mütəxəssis olub. Bundan əvvəlki üç görüşdə paytaxt klubu qələbəyə sevinib - 4:0, 2:1 və 4:1.

"Barselona" daha əvvəl baş məşqçi Patrik Okonnell ilə 1935-1940-cı illərdə "el klasiko"da ardıcıl 4 məğlubiyyət alıb.