
"Xan Lənkəran"ın 1 milyon büdcəsi var?
- 03 Fev 2022 13:00
- 840
Növbəti mövsüm I Divizionda mübarizə aparmaq iddiasında olan “Xan Lənkəran” AFFA-nı öz büdcəsi ilə tanış edib.
Rekord.az xəbər verir ki, Region Liqasında debütü uğurlu alınan cənub təmsilçisi peşəkar statuslu yarışda 1 milyon manatadək vəsait xərcləyə bilər.
Yəni ki, bölgə klubu federasiyaya rəsmi bank zəmanəti verməyə hazırdır.
Qış təlim-məşq toplanışını Antalayda keçən “Xan Lənkəran” AFFA-nın digər tələblərini də yerinə yetirməkdədir. Artıq klubun nəzdində aşağı yaş qrupları üzrə komandalar fəaliyyət göstərməyə başlayıb. (sportinfo.az)