"Xan Lənkəran" növbəti mövsüm üçün heyətini gücləndirmək niyyətindədi.

Rekord.az xəbər verir ki, bir müddət əvvəl Lənkəran təmsilçisinin "Keşlə"nin kapitanı Tərlan Quliyevi transfer etmək istədiyini yazmışdıq.

Etibarlı mənbədən aldığımız məlumata görə, "Xan Lənkəran" indi də İbrahim Qədirzadə ilə maraqlanır. Futbolçu hazırda "Kəpəz"in şərəfini qoruyur. Gəncə təmsilçisi ilə mövsümün sonunda müqaviləsinin müddətinin bitdiyini nəzərə alsaq, bu keçidin baş tutması real görünür.

İnformasiyanı dəqiqləşdirmək üçün İbrahim Qədirzadə ilə əlaqə saxladıq:
 

"Düzdü, mənimlə maraqlanıblar. Amma konkret danışıq olmayıb. Çünki "Kəpəz"lə mövsümün sonuna kimi müqaviləm var. Bu müddət bitənə qədər burda olacam. Çox istərdim ki, "Xan Lənkəran" birinci diviziona, daha sonra premyer-liqaya vəsiqə qazansın. İnşallah, qismət olar". ("Futbol plus")