Xaçmaz şahmat məktəbində 27 sentyabr - Anım Günü ilə bağlı Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Xaçmaz UGİŞM-nin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında şahmat turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov, Xaçmaz UGİŞM-nin direktoru Nəriman Babayev, Xaçmaz rayonu üzrə sektorunun baş məsləhətçisi Nizami Mustafayev və şahmat üzrə məşqçi müəllimləri iştirak edib.

Keçirilmiş turnirin məqsədi yeniyetmələrin şahmat idman növü üzrə maraq və ustalığının artırılması, gələcək yarışlara hazırlıq səviyyəsinin artırılmasıdır.

Yarış İsveçrə sistemi üzrə 2 mərhələ olmaqla 7 tur üzrə keçirilib. Yarışda 40 nəfərdən çox yeniyetmə şahmatçı iştirak edib.

Turnirin sonunda qalib idmançılara müvafiq dərəcəli diplomlar təqdim edildi.