Xaçmazda şahmat idman məktəbində Xaçmaz rayon Gənclər və İdman İdarəsinin və rayon UGİŞM-in birgə təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat üzrə 2008-2010, 2012-2014 və 2016-ci il və daha kiçik yaşlı oğlan və qızlar arasında açıq rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda 60 nəfər şahmatçı mübarizə aparmışdır.

Yarışdan Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yarışda rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, UGİŞM-in direktoru Nəriman Babayev, məşqçi müəllimlə idmançılara uğurlar arzuladılar.

Qaliblər diplomlarla təltif olunmuşdur.