Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatı, Xaçmaz Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şimal bölgəsi üzrə qızlar arasında şahmat turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın rəsmi hissəsində YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov, Beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov Zeynəb Məmmədyarova, Xaçmaz rayon İcra hakimiyyətinin başçısının l müavini Anar Oruclu iştirak edib.Yarışda bölgə üzrə 150 nəfər yeniyetmə şahmatçı iştirak edib.

Sonda qaliblər müəyyənləşib və mükafatlandırılıb. Turnirin birincisi adına Xaçmaz komandası layiq görülmüşdür.