Xaçmaz Uşağ Gənclər İdman Şahmat Məktəbində məktəblilər arasında 64 xanalı dama idman növü üzrə Xaçmaz rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda Xaçmaz şəhərinin ümumtəhsil məktəblərini təmsil edən 31(17 oğlan və 14 qız) məktəbli mübarizə aparmışdır.

Yarışın açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər idman sektorunun baş məsləhətçisi Azad Şeydayev çıxış edərək iştirakçıları salamladı, yarışın qaydaları haqqında məlumat verdi.

Xaçmaz UGİŞM-nin müəllimlərinin idarəçiliyi ilə keçirilən yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medalları ilə təltif olunmuşlar.