Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə dama üzrə Xaçmaz rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, yarış gənclərin asudə vaxtlarının səmərəli təşkili, idman tədbirlərində iştirakçılığının artırılması və stolüstü oyunların təbliği məqsədini daşıyıb.

Yarışda 39 nəfər gənc iştirak edib. Yarışların nəticələrinə əsasən yeniyetmə qızlar arasında I yeri Səfərova Sevgi, II yeri Adıgözəlova Əminə, III yeri Xalidova Məryəm, fərqləndiyinə görə Məmmədli Nərmin, oğlanlar arasında I yeri Talıbov Sadiq, II yeri Qəniyev İsmayıl, III yeri Məmmədov Səlim, fərqlənməyə görə Babayev Elmir, gənc qızlar arasında I yeri Tahirli Arzu, II yeri Paşayeva Ayan, III yeri Eylazova Aylin, fərqlənməyə görə Kərimova Fəridə, gənc oğlanlar arasında I yeri Musayev Mirzəli, II yeri Şirinov Rəsul, III yeri Soltanov Murad, fərqlənməyə görə isə Beydullayev Pünhan təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlarla təltif edilmişlər.