Xaçmazda boks üzrə nümunəvi çıxışlar
- 30 Okt 2024 16:45
- 152
Xaçmaz əlbəyaxa idman növləri zalında Quba-Xaçmaz Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində boks idman növü üzrə nümunəvi çıxışlar keçirilmişdir.
Rekord.az xəbər verir ki, boks üzrə məşqçi Elnur Heydərovun rəhbərliyi altında kadet, yeniyetmə və gənc boksçular müxtəlif təmrinləri yerinə yetirdikdən sonra ayrı-ayrı boks elementləri icra etmişlər. Məşqçi fəndləri necə düzgün yerinə yetirməyi əyani göstərmişdir. Daha sonra yaxın çəkili boksçuların arasında sparrinqlər baş tutmuşdur.
Tədbirin keçirilməsi boks idman növünün rayonda kütləviliyinin artırılması və gənc nəslin zərərli vərdişlərdən uzaq olmasına nail olmaq məqsədi daşıyır.