Avstriyanın Qras şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilib.

Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçularından Vüsal Qələndərzadənin çıxışı uğurlu alınıb.

-73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finala qədər irəliləyib. Həlledici görüşdə yaponiyalı cüdoçu Ryuqa Tanaka ilə qarşılaşan idmançımız yarışı gümüş medalla başa vurub.