Vüqar Həşimovun xatirə turniri təxirə salındı
- 2020-03-27 11:41
- 994
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə planlaşdırılan builki şahmat üzrə ənənəvi "ShamkirChess" turniri koronavirus səbəbindən təxirə salınıb.
Rekord.az xəbər verir ki, yarış nəzərdə tutulduğu vaxt - mayda baş tutmayacaq.
Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilməyə başlayıb. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub.
Vüqar Həşimov uzun sürən ağır xəstəlikdən sonra 2014-cü ilin 11 yanvarında vəfat edib.