“Vüqar Həşimov Memorialı-2023”ün iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Qəbələnin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Rekord.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, Təşkilat Komitəsinin rəhbəri Qasım Həşimov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmi şəxslər ziyarətdə iştirak ediblər.

Onlar Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.