Çilinin “Kolo-Kolo” klubu Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinyanı transfer etdiyini açıqlayıb.


Rekord.az xəbər verir ki, təcrübəli qolkiper 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə böyük diqqət çəkmişdi. 


Vozinya mundialda 4 oyunda meydana çıxıb və onların ikisində qapısını toxunulmaz saxlayıb. Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edib və 1/16 finalda Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 


Qapıçının son klubu Portuqaliyanın 2-ci Liqa təmsilçisi “Şaveş” olub.