"Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızda uğurlu döyüş əməliyyatlarını davam etdirərək, yeni-yeni qələbələrlə xalqımızı sevindirir. Orumuzun uğurları hər bir azərbaycanlını qürurlandırır" - bu fikirləri Azərbaycan voleybolçuları səsləndiriblər.

"Rekord.az" xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində toplaşan voleybolçularımız orduya dəstək şüarları səsləndiriblər, bildiriblər ki, hərbçilərimizdə olduğu kimi, ölkə idmançılarında da böyük ruh yüksəkliyi, döyüş əzmi, qələbəyə sonsuz inam var.
Ordumuzun uğurlarının davam edəcəyinə və bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə əminlik ifadə edilib.
Qeyd edək ki, Azərbaycanın kişi voleybolçulardan ibarət millisinin baş məşqçisi Fərid Cəlalovun adına da ordu sıralarına çağırış gəlib. Gənc mütəxəssis vətən uğrunda döyüşlərə qatılmağa hər zaman hazır olduğunu və orduya çağırılacağı günü səbirsizliklə gözlədiyini bildirib.