Qadın voleybolçulardan ibarət "Abşeron" klubu yeni mövsüm öncəsi heyətini gücləndirməkdə davam edir. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın son mövsümünü gümüş medalla başa vuran komanda bir neçə legionerlə razılığa gəlib. 

2025-2026-cı illər mövsümündə serbiyalı Milica Vukoviç (diaqonal hücumçu), belaruslu Darya Vakulko (hücumçu), rusiyalı Arina Yelizarova (blokçu), ukraynalı Dariya Kaplanska (hücumçu), Anastasiya Mayevskaya (blokçu) və Yana Prokopova (libero) "Abşeron"un uğurları üçün çalışacaqlar. 

Qeyd edək ki, komandanın baş məşqçisi türkiyəli Haluk Qorxmaz, köməkçi məşqçi isə bolqar Blaqovest Todorovdur.