
Veşoviç “Neftçi”yə qarşı oynamayacaq
- 29 Noy 2022 12:00
- 433
"Qarabağ"ın aparıcı futbolçularından olan Marko Veşoviçin son durumuna aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, monteneqroilu futbolçu millinin düşərgəsindən zədəli dönüb.
Zədəsi ciddi olduğu üçün 2 həftə yaşıl meydançalardan uzaq qalacaq. Bu isə o deməkdir ki, sözügedən futbolçu növbəti tur "Neftçi" ilə mərkəzi qarşılaşmanı buraxacaq.