
Van Qal koronavirusa yoluxub
- 23 Mar 2022 11:21
- 485
Niderland millisinin baş məşqçisi Lui van Qalda koronavirus aşkarlanıb.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis yaxın bir neçə günü təcrid olunmuş vəziyyətdə keçirəcək.
Niderland millisi martın 26-da Danimarka, 29-da isə Almaniya ilə yoxlama oyunu keçirəcək.
Niderland millisi G qrupunda birinci yeri tutaraq, DÇ-2022-yə birbaşa vəsiqə qazanıb.