"Arsenal"ın sabiq futbolçusu Robben van Persi komandanın çempionluq şansları haqda danışıb.

Rekord.az xəbər verir ki, "Sky Sports"a açıqlamasında o, buna inandığını bildirib: "Hazırkı mərhələdə hər xal çox vacibdir. "Arsenal"In bir neçə ağır oyunu oldu ki, 3 xal götürə bildi. Çempion olmaq üçün bu cür qələbələr çox önəmlidir. Düzdür, hələ qarşıda daha bir neçə ağır oyun olacaq. Amma istənilən halda, mən, "Arsenal"ın çempion olacağına inanıram".