İspaniyanın “Valensiya” klubu müdafiəçisi Qabriel Paulistanın müqaviləsini yeniləyib.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

2017-ci ildə “Arsenal”dan “Valensiya”ya keçən Paulistanın əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. Müdafiəçi bu mövsüm La Liqada 13 oyuna çıxıb.